“Keşlə” qış fasiləsində ikinci transferini rəsmiləşdirməyə hazırlaşır.
Paytaxt klubu müdafiəçi Franko Floresi yenidən heyətinə cəlb edib. 29 yaşlı argentinalı bu gün Bakıya gələrək, mövsümün sonuna qədər sözləşmə imzalayacaq. Bununla mərkəz müdafiəçisi 2020-ci ilin sonlarında ayrıldığı “Keşlə”nin təlim-məşq toplanışına qatılacaq. Qeyd edək ki, dövrələrarası fasilədə Azər Salahlı, Anatole Abanq, Con Kamara, Omar Qudiabi və Nicat Qurbanovla yollarını ayıran “Keşlə” hələlik yalnız Fəhmin Muradbəylini “Neftçi”dən icarəyə götürüb.